Cəbhədə erməni hərbçi yaralanıb – Günahı Azərbaycan tərəfinin üzərinə atırlar



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Milli.Az Ermənistan mediasına istinadən xəbər verir ki, dünən saat 16:00 radələrində Tavuş vilayətinin Noyemberyan tibb mərkəzindən polis idarəsinə ayağından odlu silah yarası almış erməni hərbi qulluqçusunun daxil olması barədə məlumat verilib.

Erməni tərəfinin iddialarına görə, Lori vilayət sakini 30 yaşlı Adibek Mikoyan həmin gün saat 13:00 radələrində Koti-Barekamavan yaşayış məntəqəsindəki döyüş mövqelərindən birində olarkən Azərbaycan tərəfdən açılan atəş nəticəsinə yaralanıb.

Baş vermiş hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, araşdırma aparılır.

Məsələ ilə Azərbaycan Müdafiə Nazirliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tam yanlışdır: “Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir. Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir.

Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv ballistik araşdırma aparılarsa, güllənin hansı erməni əsgərinin silahından açıldığı erməni ictimaiyyətinə tam aydın olar”.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp