Bitkoinin qiyməti yenə yuxarı sürət götürdü



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dünyada ən populyar kriptovalyuta ötən günlər dəyəri 10 min dollardan aşağı düşdükdən sonra bu gün yenidən yüksəlməyə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bitkoinin qiyməti 2017-ci ilin noyabrından ilk dəfə bu dərəcədə aşağı düşüb.

“CoinMarketCap” portalının məlumatına əsasən, bitkoin 4,37 faiz və ya 11,38 min dollaradək bahalaşıb. “Bitfinex” birjasında bitkoinin məzənnəsi 1,33 faiz (11,16 min dollaradək), GDAX-da isə 1,72 faiz (11,21 min dollaradək) bahalaşıb.

Alternativ kriptovalyutalar – “Ethereum” 3,65 faiz və ya 1,0 min dollaradək, “Ripple” – 26,25 faiz (1,4 dollara qədər), “Bitcoin Cash” isə 6,17 faiz (1,79 min dollaradək) bahalaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp