“Barselona” Pike ilə müqavilə müddətini uzatdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İspaniya “Barselona”sının futbolçusu Xerard Pike klubla müqavilə müddətini uzadıb.

Milli.Az report-a istinadən xəbər verir ki, yeni anlaşma 30 iyun 2022-ci ilədək nəzərdə tutulub. Bu müddətdə Pikeni almaq istəyən klub 500 milyon avrosundan keçməlidir. Təzə sözləşmə ilə əlaqədar tezliklə ənənəvi mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, Xerard Pike “Barselona”nın yetirməsi olsa da, 2004-cü ildə İngiltərə “Mançester Yunayted”inə keçib. O, bundan 4 il sonra Kataloniya komandasına qayıdıb və bir daha kollektivi tərk etməyib.

30 yaşlı müdafiəçi “Barsa”da 421 oyunda 36 qol, 8 məhsuldar ötürmə müəllifi olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp