Banan qabığını atmayın



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Banan qabığı ilə dişlərinizi ağarda bilər, ayaqqabılarınızı parlada bilərsiniz. Sızanaqlardan xilas olmağa da yarayan banan qabığı, qırışıqları önlədiyi kimi baş ağrısına qarşı da yaxşı təsir edir.

DİŞLƏRİNİZİ AĞARDIN

Milli.Az deyerler.org-a istinadən bildirir ki, banan qabığı, dişlərinizi ən az bahalı ticari məhsullar qədər ağarda bilər. Yaxşıca yetkinləşmiş bir bananı, aşağıdan yuxarıya doğru soyun. Qabığın ətli tərəfi ilə dişlərinizi yaxşıca ovun. Dişlərinizin tamamilə banan ilə örtüldüyünə əmin olun. Ağızınız açıq dayanacaq şəkildə, 10 dəqiqə qədər gözləyin. Sonra quru bir diş fırçası ilə dişlərinizi 2-3 dəqiqə qədər fırçalayın və durulayın. Bu proseduranı ən az 14 gün ərzində hər gün təkrarlayın. Fərqi görəcəksiniz.

 

AYAQQABILARINIZI PARLADIN

Banan kalium ilə zəngindir, ayaqqabı cilaları da kalium ehtiva edir. Kalium dərini bəsləyir; bu səbəbdən banan ayaqqabılarınız üçün möcüzəvi bir vasitəsidir. Banan qabığının ətli tərəfi ilə ayaqqabılarınızı gözəlcə ovun. İncə, yapışqan bir təbəqə ilə örtülən ayaqqabılarınızı bir neçə dəqiqə bu şəkildə saxlayın. Sonra yumşaq bir parça istifadə edərək, dairəvi hərəkətlərlə ayaqqabılarınızı təmizləyin.

 

SIZANAQLARDAN XİLAS OLUN

Dərinizi hər axşam banan qabığı ilə ovun və səhərə qədər saxlayın, bu sızanaqları azaldacaq. Yatmadan bir saat əvvəl dərinizi yetkin bir bananın qabığı ilə yaxşıca ovun. Bu əməliyyata 5-10 dəqiqəyə qədər davam edin. Yatana qədər bu şəkildə gözləyin. Üzünüzü su ilə yuyun və sızanaqlardan xilas olana qədər bu üsulu tətbiq edin.

 

YANIQ AĞRILARINI SAKİTLƏŞDİRİN, QAŞINMALARDAN XİLAS OLUN

Yanıq bölgəni soyuq su ilə yaxşıca yuduqdan sonra banan qabığının ətli tərəfini istifadə edərək, yanığı sakitləşdirin və müalicə edin. Ağcaqanad və qarışqa yaraları üçün də qaşınan bölgəni banan qabığı ilə ovmak möcüzəvi bir həlldir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp