Baldızına “Bacına sürprizim var” deyib QORXUNC CİNAYƏT törətdi – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bodrumda iş adamı Ali Özdemiri öldürən ortağı Mustafa Ö. baldızına “Sabah bacına sürprizim olacaq. Səhər yeməyi üçün onu harasa apar” deyərək arvadını evdən uzaqlaşdırdıqdan sonra qətli törədib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, saxlanılan baldız K.S ifadəsində bunları bacısının ərinin olaydan bir gün öncə ona söylədiyini bildirib. K.S bacısı ilə Ali Özdemir arasında münasibət olduğunu Mustafa Ö.-nün intihar cəhdindən sonra bir tanışından eşitdiyini deyib.

Qeyd edək ki, 9 gün idi axtarılan iş adamını öldürən ortağı Mustafa Özbelen vəkili ilə birlikdə Bodrum Cumhuriyet Baş prokurorluğuna gedərək ortağının itmədiyini, arvadı ilə münasibətdə olduğu üçün öldürdüyünü etiraf etmişdi.

Bundan sonra Mustafa Özbelen ilə yanaşı arvadı T. Özbelen, Mustafanın qaynı, baldızı K.S və evdəki xadimə də polislər tərəfindən saxlanılıblar.

Məhəmməd Vaqif

​Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Baldızına

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp