Bakıda zəncirvari qəza, prospektdə tıxac yarandı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakıda zəncirvari yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Heydər Əliyev prospektində, “Bağırov” körpüsünün yaxınlığında baş verib.

Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən “Chevrolet”, “Mercedes” və “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə prospektdə tıxac yaranıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb ediliblər.

Hazırda yol polisləri ərazidə tıxacın aradan qaldırılması istiqamətində tədbir görür.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir