Bakıda oğurluq anı kameraya düşdü



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakıda mağazadan oğurluq olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Səbail rayonu ”Bayıl” qəsəbəsi ərazisindəki qadın geyimi mağazalarından birində baş verib. Mağazaya daxil olan gənc oğlan orta yaşlı qadınla güya paltarlara baxır.

Oğlan satıcının başının qarışdığını görüb vitirində olan bahalı kürkü yanındakı orta yaşlı qadına verir. Qadın da həmin kürkü öz paltosunun altında gizlədir. Daha sonra onlar mağazanı tərk edirlər. Hadisə anı mağazanın müşahidə kameralarına düşüb. Zərərçəkmiş mağaza sahibinin sözlərinə görə, ona təxminən 1500 manat zərər dəyib.

O, həmin görüntüləri polisə də təqdim edib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda oğurluq anı kameraya düşdü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp