Bakıda avtomobil yaşlı qadını vurub
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Qaradağ rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Müşviqabad qəsəbəsində qeydə alınıb.
1960-cı il təvəllüdlü Nəsibova Nazlı Tərxan qızı yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib.
Milli.Az