Bərdədə müəllimə zorla qaçırıldı – Başqasına nişanlıdır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bərdə rayonunda müəllimə zorla qaçırılıb. Rayonun Hacıalılı kənd məktəbinin müəlliminin qaçırılması dərs saatından sonra baş verib. Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə rayon polis şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib. Qızın başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, müəllimə dərsdən çıxıb evə gedən zaman qaçırılıb.

Hadisə Bərdə rayonunda Hacallı kəndində olub. Kənd məktəbinin informatika müəllimi 23 yaşlı Heydərli Gülsüm rayon sakini Tural Zeynalov tərəfindən qaçırıldığı iddia olunur.

Məktəbdən bildirilib ki, qaçırılan qız Goranboy rayon sakinidir. İnformatika fənnini tədris edən müəllimə qısa zamanda şagirdlərin və həmkarlarının böyük hörmətini qazanıb.

Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə Rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib. Hazırda rayon polis şöbəsində araşdırma aparılır. Qızın başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp