Azərbaycan millisi FIFA reytinqində gerilədi


FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan yığması bir pillə geriləyərək 1139 xalla 120-ci yerdə qərarlaşıb.

Reytinqin ilk 3 pilləsində Belçika (1828), Braziliya (1826) və Fransa (1786) yer alıb. İki sıra irəliləyən Türkiyə millisi isə 1472 xalla 37-cidir.

Qeyd edək ki, Azərbaycan komandası son olaraq 2022-ci il dünya çempionatının seçmə mərhələsində Bakıda Lüksemburqa 1:3 hesabı ilə uduzub, yoldaşlıq görüşündə Qətərlə heç-heçə edib – 2:2.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu