Azərbaycan son 10 ildə ən böyük sıçrayışa nail olan 3 ölkədən biridir
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Son 10 ildə Avropa ölkələrinin milli çempionatlarının UEFA reytinqində hərəkət cədvəli açıqlanıb.
Milli.Az report-a istinadən xəbər verir ki, ən böyük sıçrayışa nail olanlar “üçlüy”ündə Azərbaycan Premyer Liqası da yer alıb. 2008-ci ildə Premyer Liqa 42-ci sırada yer alırdısa, indi 16 pillə irəliləyərək 26-cı sıraya yüksəlib.
Azərbaycan kimi, Qazaxıstan da 16 pilləlik yüksəlişə nail olub. Ən yaxşı nəticəni isə 21 pillə irəliləyən Belarus göstərib. Belə irəliləyişlər hər 3 ölkə komandalarının Avropa kuboklarındakı uğurlu çıxışları ilə əlaqədardır.
Ən böyük tənəzzülə isə 33-cü yerdən 48-ci sıraya geriləyən Litva çempionatı uğrayıb. Halbuki, bu ölkə 2009-cu ildə hətta 29-cu pillədə idi. Habelə, 10-cu pillədən 23-cü mövqeyə düşən Şotlandiya da ciddi geriləmə ilə üzləşib. Səbəb kimi ölkənin ən titullu klubu “Reyncers”in 2012-ci ildə müflis olaraq, aşağı liqaya enişi göstərilir.
İlk “beşlik”də İspaniya, Almaniya, İngiltərə, İtaliya və Fransa qərarlaşıb. Halbuki 10 il əvvəl Almaniya Bundesliqası 5-cı, İngiltərə Premyer Liqası isə lider idi.
Qeyd edək ki, reytinq siyahısı son 5 mövsümdə ölkələrin klublarının avrokubokdakı çıxışına əsasən tərtib olunub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində