Azərbaycan millisi FİFA reytinqində gerilədi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə bir pillə geriləyib.

Hazırda 281 xala malik komanda 118-ci pillədə qərarlaşıb. Ötən ay Azərbaycan yığması heç bir oyun keçirməyib. Növbəti matçlar isə yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında Türkiyənin Antalya bölgəsində yanvarın 30-da Moldova, fevralın 2-də isə Kosovoya qarşı keçiriləcək. Hazırda Moldova 112 xalla 166-cı, Kosovo 97 xalla 178-ci sıradadır. Moldovalılar 1 pillə irəlilədikləri halda, kosovalılar eyni sayda geriləyiblər. 

Reytinqdə ilk 14 komandanın mövqeyində dəyişiklik olmayıb. Siyahıya 1602 xalla Almaniya başçılıq edir. Braziliya 1483 xalla 2-ci, Portuqaliya isə 1358 xalla 3-cüdür.

Türkiyənin mövqeyində isə dəyişiklik baş verib. Bir pillə irəliləyərək 41-ci yerdə qərarlaşan “ay-ulduzlular” 735 xala malikdirlər.

Qeyd edək ki, növbəti reytinq siyahısı fevralın 15-də açıqlanacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp