Avtobus sürücüsü yola “protiv” girib insanların həyatını təhlükəyə atdı və cəzalandı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yanvarın 18-də Bakı Nəqliyyat Agentliyinə (BNA) 11 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 111 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə bağlı videogörüntü təqdim edilib. Müəyyən edilib ki, sürücü sərnişin avtobusunu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yolun əks istiqaməti üzrə idarə edib.

BNA-dan Milli.Az-a verilən məlumata görə, həmin görüntü əsasında dərhal araşdırma aparılıb və 11 nömrəli müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərən daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağrılıb. Agentliyin göstərişi əsasında sərnişindaşıma, təhlükəsizlik və yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü İsmayılov Əleysər Ələsgər oğlu daşıyıcı tərəfindən işdən azad edilib. Bununla yanaşı daşıyıcıya analoji halın digər sürücülər tərəfindən təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Yusif Nəsirli

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Avtobus sürücüsü yola

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp