App Store dünya kino sənayesini ötəcək



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu il “iOS” sistemli qurğular üçün proqram və oyunlar satılan “App Store” rəqəmli məzmun mağazası dünya kino sənayesindən daha çox gəlir qazanacaq. “Asymco” şirkətinin analitiki Horas Dedyunun hesablamalarına görə, 2011-ci ilin ortalarından “Apple” şirkətinin proqram satışı, proqramlar daxilində alış-veriş və ödənişli abunə sistemindən qazancı ildə 5 milyard dollar yüksəlir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2015-ci ildə “Apple” onlayn mağazası ilk dəfə Hollivud film sənayesindən daha çox gəlir qazanıb, 2018-ci ildə isə bütün dünya kinoprokatından daha çox gəlir qazanacaq. Ötən il “Apple” şirkəti proqramçılara 26,5 milyard dollar ödəyib.

Ekspertlərin proqnozuna görə, bu il “Apple” şirkətinin istehsalı olan cihazların sahibləri hər gün mobil proqramlara 100 milyon dollar xərcləyəcək. Müqayisə üçün 2012-ci ildə “Google” şirkəti “AdWords” kontekst reklamından təxminən 100 milyon dollar qazanmışdı.

“Asymco” analitik şirkətinin qiymətləndirməsinə görə, 2019-cu ilədək “App Store” rəqəmli məzmun mağazasının qazancı 1,5 trilyon dollar məbləğində olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp