Ağcabədidə kabel oğrusu tutulub



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ağcabədi rayonunda kabel oğurluğu ilə məşğul olan şəxs tutulub.

Milli.Az “Report”a istinadən bildirir ki, Ağcabədi Rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, şəhər icra nümayəndəliyi tərəfindən mərkəzi prospekt və küçələrinin işıqlandırılması üçün istifadə olunan 500 metrlik elektrik kabelinin naməlum şəxs tərəfindən oğurlanması barədə polisə məlumat verilib.

Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində elektrik kabelini kəsərək oğurlamaqda şübhəli bilinən rayon sakini İbrahim Hüseynov saxlanılıb. İ.Hüseynov ilkin dindirmə zamanı törətdiyi əməli etiraf edib. O, oğurladığı kabeli əridərək metal qəbulu məntəqəsinə satdığını bildiib.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp