ABŞ İŞİD-in tam məhvinə qədər Suriyada qalacaq



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ Suriyada İŞİD-in tam məhvinə qədər bu ölkədə mövcudluğunu davam etdirəcək.

Milli.Az “Report”a istinadən bildirir ki, bu barədə Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson bildirib.

O, qeyd edib ki, ABŞ Suriyada hərbi mövcudluğunu saxlayacaq ki, İŞİD yenidən meydana çıxmasın. “Bizim mövcudluğumuz müəyyən şərtlərə əsaslanacaq”, – deyə o, Kaliforniyada Stenford Universitetindəki çıxışında deyib.

Reks Tillerson bildirib ki, İŞİD artıq bir qəbirdədir və nə qədər ki, o, qəti şəkildə darmadağın edilməyib, ABŞ-ın hərbi qüvvələri Suriyada qalacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp