ABŞ-da prokuror müavini müttəhimi məhkəmədə öldürdü
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
ABŞ-da Ohayo ştatının Franklin dairəsinin prokuror müavini məhkəmə iclası zamanı 16 yaşlı müttəhimi qətlə yetirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə prokuror müavini, yeniyetmə və onun ailəsi arasında yaranmış mübahisə zəminində baş verib.
Hakimiyyət nümayəndəsi müttəhimin ailə üzvlərinin hücumuna məruz qalaraq onlara odlu silahdan atəş açmaq məcburiyyəti qarşısında qalıb.Güllələrdən biri yeniyetməyə dəyib.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin