20 Yanvarda hava necə olacaq?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Sabah Bakıda və Abşeron yarmadasında, o cümlədən Aran rayonlarında havanın temperaturu nisbətən yüksələcək.

Milli.Az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, bu gün Bakıda və Abşeron yarımadasında gündüz havanın temperaturunun 6-8 dərəcə isti olacağı proqnozlaşdırılır. Sabah gündüz isə temperatur yüksələrək 7-12 dərəcə olacaq. Mərkəzi Aran rayonlarında isə temperatur 5-10 dərəcə isti müşahidə ediləcək.

A.Verdiyev qeyd edib ki, dağlıq ərazilərdə şaxtalı hava hökm sürəcək. Sabah dağlıq ərazuilərdə 0-3 dərəcə şaxta gözlənilir.

A.Verdiyev qeyd edib ki, yanvarın 20-də havanın temperaturu yenidən enəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 6-8 dərəcə təşkil edəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp