“Yol qəzalarında xəsarət alanların sayı artıb”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ötən il yol-nəqliyyat hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olub.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov deyib.

Onun sözlərinə görə, 2017-ci il ərzində stansiyanın nəzdindəki 12 regional məntəqə və konsultativ bölmə 2590 nəfərə xidmət göstərib.

Məntəqələrdə yol-nəqliyyat və digər fövqəladə hallarla bağlı 1022 hadisə zamanı 1736 pasiyentə tibbi yardım edilib və onlardan 70 faizi hospitalizasiya olunub. Əvvəlki illə müqayisədə 2017-ci il ərzində hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olsa da, letallıq 18 faiz azalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp