Xalq artisti vəfat etdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu gün xalq artisti Böyükağa Məmmədov dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya rəqqasın nəvəsi Kərim Qambayzadə  məlumat verib. 

Azərbaycan milli rəqsinin şahzadəsi 90 yaşında həyatını itirib. O, uzun sürən xəstəlikdən sonra vəfat edib. Dəfn mərasimi sabah “Təzə Pir” məscidində baş tutacaq. 

Qeyd edək ki, rəqqasın 5 gün sonra 91 yaşı olacaqdı.

Xatırladaq ki, Böyükağa Məmmədov 1960-cı ildə “Cücələrim” rəqs ansamblına rəhbərlik etməyə başlayıb.

Məmmədov ömrünün 61 ilini Azərbaycan rəqs sənətinə həsr edib. Bu illər ərzində 16 əməkdar artist, 2 SSRİ xalq artisti, eyni zamanda 2 xalq artisti yetişdirib. Dünyanın 121 ölkəsində Azərbaycan incəsənətini layiqincə  təmsil edib.

O, Azərbaycan SSRİ xalq artisti və əməkdar müəllim fəxri adlarına layiq görülüb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp