Xalasının 55 yaşlı ərini döyərək öldürdü – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, qəsəbə sakini 55 yaşlı Muğan Salikov qohumu olan “Kürd Vüqar” ləqəbli şəxs tərəfindən döyülüb.

İctimai iaşə obyektinin kameralarına düşən görüntüdən bəlli olur ki, Vüqar xalasının həyat yoldaşı ilə görüşür, daha sonra isə onun baş nahiyəsinə zərbə vuraraq yerə yıxır.

Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının zədə məntəqəsinə çatdırılıb. Ancaq onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Salikovun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Vüqar Hüseynov 2015-ci ilin iyun ayında Abşeron rayonunun Saray qəsəbəsində yaşayan qəsəbə bələdiyyəsinin sədri Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı Vəfadar Əbdilhəsənovu evlərində qətlə yetirən Fəadail Hüseynovun qardaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xalasının 55 yaşlı ərini döyərək öldürdü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp