Xaçmazda 2 qəza – 17 yaşlı qızı maşın vurdu – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Xudat şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, “VOLVO” markalı yük maşını ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub.

Minik avtomobilinin sürücüsü 21 yaşlı Anar Həmrayev Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 19 yaşlı İlkin Həmrayev isə qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi və alın nahiyyəsinin əzilməsi diaqnozu qoyulub.

Rayonda baş verən daha bir qəzada piyada xəsarət alıb. Hadisə Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Xaçmaz sakini 17 yaşlı Aysel Seyidməmmədova Xaçmaz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona sol diz oynağının əzilməsi və bağların gərilməsi diaqnozu qoyulub.

Faktlarla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xaçmazda 2 qəza - 17 yaşlı qızı maşın vurdu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp