“Uşağı vurmamaq üçün çevrildi” – Maşın işıq dirəyinə çırpıldı – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu gün Şəkidə yol qəzası baş verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Şəki-Oğuz magitralının Şəkidən keçən hissəsində meydana gəlib.

Şəki sakini, 48 yaşlı Oktay İsmayılovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb. Lakin zərbə nəticəsində işıq dərəyi aşıb, avtomobil isə tərs çevrilib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb yola anidən çıxan uşaqlar olub.

Qabil Nurəliyev – Hadisə şahidi: “2 uşaq qabağına çıxdı. Maşın da gəlirdi. Uşağı vurmamaq üçün dirəyə tərəf çevrildi. Dirək aşdı”

Faktla bağlı Şəki DYPB-də araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Uşağı vurmamaq üçün çevrildi" - Maşın işıq dirəyinə çırpıldı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir