Türkiyədə azərbaycanlı narkotik alverçisi yaxalandı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İstanbulda Beşiktaş, Şişli, Cihangir, Nişantaşı və Beyoğlundakı elit gecə klublarında narkotik satan və lideri azərbaycanlı olan dəstə yaxalanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbul Narkotik Cinayətlərlə Mübarizə şöbəsinin əməkdaşları dəstəni 6 ay boyunca təqib edib. Şübhəlilərin hər addımını izləyən polis 7 nəfərlik dəstənin liderinin azərbaycanlı Seymur R. olduğunu təsdiqləyib. 

Dəstənin qaldığı evlərdə və iş yerlərində aparılan axtarış nəticəsində satışa hazır küllü miqdarda kokain və ekstazi atmaları ələ keçirilib. 

Lüks gecə klublarında narkotik satan dəstənin əsas alıcılarının məşhur şəxslər olduğu ortaya çıxıb. Aralarında bir çox serialda oynayan məşhur aktyor Erman B.-nin olduğu açıqlanıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp