Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verməyəcək



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyə öz sərhədlərində terrorçuların nəzarəti altında olan zonanın formalaşmasına imkan verməyəcək və regionda terrorçuların ordu yaradılmasının qarşısını almaq üçün bütün zəruri addımları atacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantının yekunlarına dair qəbul edilən bəyanatda deyilir.

Sənəddə bildirilir ki, ölkənin sərhədləri, Türkiyə vətəndaşlarının və region əhalisinin təhlükəsizliyini təmin etmək üçün ilk mərhələdə Suriyanın qərbindən təhdidlərin qarşısını almaq üçün təcili və həlledici addımlar atılacaq.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp