Sanaviasiya xətti ilə regionlarda aparılmış əməliyyatların sayı 4 dəfə artıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ötən il sanaviasiya xətti ilə regionlarda aparılmış cərrahi əməliyyatların sayı 2016-cı illə müqayisədə 4 dəfə artıb.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov deyib.

Onun sözlərinə görə, analoji göstərici 2016-cı ildə 9, 2017-ci ildə isə 36 təşkil edib. Regionlarda müasir tibb ocaqlarının istifadəyə verilməsi xəstələrin artıq paytaxtda deyil, öz yaşadıqları yerdə əməliyyat olunmasına imkan verir.

Ümumilikdə il ərzində Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına kritik vəziyyətdə olan 92 hamilə və zahıya dair 183 dəfə çağırış edilib. Onlardan 32-nin Bakıya və digər rayonlara köçürülüb, 24 nəfərə isə telesəhiyyə vasitəsilə məsləhət verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp