Şamaxı-İsmayıllı yolunda avtomobil aşdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Şamaxı yolunda avtomobil aşıb.

Milli.Az xəbər verir ki, şahidlərin APA-ya veridyi məlumata görə, hadisə bu gün Muğanlı-İsmayıllı yolunda qeydə alınıb. Yolun buz bağlaması nəticəsində hərəkətdə olan “Hyundai” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.

Şahidlərin dediyinə görə, havaların qarlı və şaxtalı keçməsi ilə əlaqədar son günlər həmin yolda hərəkət olduqca təhlükəlidir. Yolun hərəkət hissəsinin buzlaşması səbəbindən magistralda bir neçə belə qəza hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya hava şəraiti ilə əlaqədar sözügedən ərazidə nəqliyyatın hərəkətində problemlərin olduğunu təsdiqləyiblər. Lakin magistral yolda nəqliyyatın hərəkətinə hər hansı məhdudiyyət qoyulmayıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp