Sərxoş polis “Porsche” ilə Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpılıb
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Astanada sərxoş polis əməkdaşı idarə etdiyi “Porsche Cayenne” markalı avtomobili Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Astana Daxili İşlər Departamentinin (DİD) mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, qəza zamanı avtomobildə sərnişin qismində olan Astana DİD-in yüksək rütbəli zabiti hadisə yerindən qaçıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Milli.Az