Şəmkirdəki güllələnmə ilə bağlı cinayət işi başlandı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Şəmkir rayonunda baş verən güllələnmə hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Şəmkir rayon Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, hadisə bu gün Şəmkir rayonunda mərkəzi bazarın yaxınlığında baş verib. 1992-ci il təvəllüdlü Hüseynov Məzahir Əziz oğlu münaqişə zəminində tanışı tərəfindən odlu silahla güllələnib. Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp