Şəmkir sakini güllələndi
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Şəmkirdə silahlı insident olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Şəmkir şəhərində bazarın yaxınlığında baş verib.
Küçədə bir nəfərin odlu silahdan açdığı atəş nəticəsində Şəmkir sakini, 1992-ci il təvəllüdlü Mircəlal Mehdiyev xəsarət alıb.
Güllə yarası alan M.Mehdiyev Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az