Rusiyada Azərbaycan vətəndaşı öz həmyerlisini döyərək öldürüb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Rusiyanın Saxalin vilayətində Azərbaycan vətəndaşı mühakimə olunacaq.

Milli.Az report.az-a istinadən bildirir ki, Anivski rayon prokuroru ona qarşı irəli sürülən “İnsan həyatı üçün təhlükəli olan sağlamlığa qəsdən ağır zərər yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi üzrə ittiham aktını təsdiq edib.

Hadisə ötən il avqustun 15-də Anivski rayonunun Novotroits kəndindəki evlərdən birinin qarşısında baş verib. Müttəhim öz tanışı ilə həmyerlisinin müxtəlif nahiyələrinə azı 20 zərbə endirib. Nəticədə ağır kəllə-beyin travması alan şəxs hadisə yerində keçinib.

Müttəhim günahını tam etiraf edib. Cinayətin digər iştirakçısı istintaq orqanlarından gizlənib və hazırda axtarışdadır.

Cinayət işi mahiyyəti üzrə baxılması üçün Anivski rayon məhkəməsinə göndərilib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp