“Real” hücum “3-lüy”ünü dəyişəcək



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İspaniyanın “Real” klubu üçün növbəti transfer iddiası gündəmə gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hücum üçlüyünü dəyişmək istəyən klubun prezidenti Fiorentino Perez yeni futbolçular üçün sərvət xərcləmək niyyətindədir. 

“Marca” nəşri yay transfer dönəmində klubun almaq istədiyi futbolçuların adlarını açıqlayıb. Bunlar “Bayern Münhen”dən Robert Levandovski, “Çelsi”dən Eden Hazard və PSJ-dən Neymardır. 

Cristiano Ronaldo, Kərim Benzema və Qaret Beylin klubda sayılı günlərinin qaldığı qeyd olunub.

Mətndə, həmçinin “kral klubu”nun Harri Keyn və Mauro İkardi ilə də maraqlandığı qeyd olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp