“”Qarabağ”ı qane edən təklif gəlsə, getmək barədə düşünmək olar”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Qarabağ”ın bosniya və herseqovinalı qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına (scsport.ba) açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, milli komandaya dəvət alan Şehiç yığmanın düşərgəsinə qoşulacağı tarixi açıqlayıb. 29 yaşlı qolkiper Bosniya və Herseqovinanın yeni baş məşqçisi, yığmamızın sabiq çalışdırıcı Robert Prosineçki barədə də danışıb:

“Milli komandanın düşərgəsinə yanvarın 21-i deyil, 4 gün sonra qoşulacam. Antalyadan İstanbula, oradan da ABŞ-a millinin düşərgəsinə yollanacam. Yeni baş məşqçimiz Robert Prosineçki yaxşı çalışdırcıdır. Onu Azərbaycan millisindən tanıyıram. Ölkə çempionatlarının matçlarını izləyirdi. Yəqin ki, mənim də potensialıma yaxşı bələddir. ABŞ və Meksika ilə matça yerli çempionatdan çoxlu futbolçuların qoşulması yaxşı motivasiyadır. Oyunlara qalib gəlmək üçün çıxsaq, nəticə qazancağıq”.

Şehiç “Qarabağ” haqda da danışıb. O, Ağdam klubunun Çempionlar Liqasına vəsiqə qazanmasını şərh edib:

“Bu nəticəyə nail olmaq üçün çox çalışdıq. Qrupda keçidyimiz 6 oyunda həyəcanlı anlar yaşadıq. Komandamın heyətində yaxşı oyunlar keçirdim. Buna yenidən nail olmaq üçün bu mövsüm Premyer Liqada çempion olmalıyıq. Dayanmaq olmaz, çalışmaq lazımdır. “Qarabağ”dan ayrılmaq niyyətim yoxdur. Lakin klubumu qane edən təklif gəlsə, düşünmək olar. Bu, ancaq yayda baş verə bilər. Bu insanlar mənə çox şey verib. Mən də bunun əvəzini qaytarmq istəyirəm”.

Qeyd edək ki, Şehiç 2013-cü ildə Türkiyənin “Mersin İdman Yurdu” klubundan “Qarabağ”a transfer olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp