“Özümə nifrət edirəm” – Keçmiş məhkum narkotikə görə saxlanıldı – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, belə ki, daxil olmuş məlumat əsasında Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Salyan şəhəri ərazisində əməliyyat tədbirləri həyata keçirilib.

Uğurlu əməliyyat tədbirləri nəticəsində Mirbağır Ağazadə küçəsi, ev 42-də yaşayan, Salyan şəhər sakini, 59 yaşlı İbrahim Məmədov şübhəli şəxs qismində saxlanılıb.

İlkin istintaq zamanı İbrahim Məmmədov törətdiyi cinayəti etiraf edib. İbrahim Məmmədov əvvəllər də narkotik vasitələrinin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.

İbrahim Məmədov – Saxlanılan şəxs: “And olsun Allaha, yeri göyü yaradana ona əlimi də vurmaram. Ona görə ki, gəldim bura çıxdım, özüm özümə nifrət etdim”.

Hazırda faktla bağlı Salyan rayon Polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işinə başlanılıb, istintaq tədbirləri davam etdirilir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp