Ötən il Azərbaycanda onların gəliri 856 milyon manatdan çox olub
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
2017-ci ilin yanvar-dekabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 724,6 milyon manatlıq xidmət göstərib ki, onun da 72,5 faizi əhali tərəfindən istehlak olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,6 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 49,6 faizi və ya 856,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Milli.Az