Ötən il 2751 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
2017-ci ilin yanvar-noyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 2751 nəfər qeydə alınıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, 1704 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1047 nəfər təşkil edib.
Qeyd edək ki, ötən ilin yanvar-avqust ayları ərzində isə 2080 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib. Həmin müddət ərzində isə 1202 nəfər isə Azərbaycandan gedib.
Milli.Az