Naməlum avtomobil iki azyaşlını vurub qaçdı
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Tovuzda iki piyadanı maşın vurub.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib. Qəsəbə sakinləri – 2005-ci il təvəllüdlü Adıgözəlov Emin İbrahim oğlu və 2002-ci il təvəllüdlü Axundov Tapdıq Əşrəf oğlu yolun kənarında dayanarkən onları naməlum avtomobil vurub.
Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Milli.Az