Model həmkarını öldürdü – FOTO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Louis Vuitton” və “Paul Smith” brendləri ilə əməkdaşlıq etmiş 24 yaşlı britaniyalı model Corc Koh həbs olunub. O, həmkarı Harri Uzoku qətlə yetirməkdə suçlanır.

Milli.Az The Sun-a istinadən bildirir ki, aralarında “Zara” və “Mercedes” də olan bir sıra məşhur brendlərin reklam fotosessiyalarına çəkilən 25 yaşlı Harri Uzokun cəsədi Qərbi Londondakı mənzilindən çıxanda öldürülüb.

Londondakı “Premier Model Management” model agentliyində çalışan Harri Uzok evinin qarşısında, ağır yaralı vəziyyətdə tapılmışdı. Çoxsaylı bıçaq yaraları almış H.Uzok hospitala aparılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Corc Kohun mənzilində isə bıçaqlar və tapança tapılıb. Qətllə bağlı Kentiş şəhər sakini, 23 yaşlı Conatan Okiqbo da tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp