Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlərin nümayişi davam edir. 

Yanvarın 15-də Badamdar qəsəbə Mədəniyyət evində rejissor İsmayıl Zeynalovun milli qəhrəman Salatın Əsgərova haqqında “23 dəqiqə” və rejissor Fariz Əhmədovun milli qəhrəman Mirəsgər Seyidova həsr edilmiş “Vətən əsgəri” adlı filmləri tamaşaçılara nümayiş etdirilib.

Yanvarın 16-da isə Binəqədi Mərkəzi Mədəniyyət evində rejissor İltifat Hacıxanoğlunun Milli qəhrəmanlar Oqtay Güləliyevə və Pəhləvan Fərzəliyevə “Laçın qartalı”, “Şərəfli ömrün manifesti”, Müşfiqabad qəsəbə Mədəniyyət evində rejissor Rəşad Qasımovun Milli qəhrəmanlar Mübariz İbrahimov və Muxtar Qasımova həsr olunmuş “Mübarizlik zirvəsi” və “Vətən sevgisi” adlı filmlərə baxış keçirilib.

Qeyd edək ki, gənc nəslin milli təfəkkürünün formalaşmasında, vətənpərvər ruhda tərbiyəsində və tariximizi öyrənməsində mühüm rol oynayan bu filmlərin nümayişi Bakı şəhərinin müxtəlif mədəniyyət ocaqlarında yanvarın 19-dək davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp