Meksikada 50 maşın toqquşub, 20 nəfər xəsarət alıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Meksikanın Saltilyo şəhərində avtomagistralda 50-dən çox maşın toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb.

Məlumata görə, qəzaya yolun buz bağlaması səbəb olub. Hazırda Meksikanın bir çox bölgəsində anomal soyuqlar müşahidə edilir. Bəzi ərazilərdə havanın temperaturu mənfi 5 dərəcəyədək enib.

Meksika hökuməti əhalini şəxsi avtomobillərlə səfər etməkdən çəkinməyə çağırıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp