Marketdən yumurta aldı, içərisindən qan rəngində maye çıxdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Marketdən yumurta aldı, içərisindən qan rəngində maye çıxdı. Milli.Az bildirir ki, Binəqədi rayonu, Çiçək qəsəbəsində yaşayan Həsrət Cəfərov marketdən aldığı yumurtanı sındıranda bu görüntü ilə qarşılaşıb. Yumurtanın içərisində qan rəngində əlavə maye müşahidə olunub.

Həsrət Cəfərov bildirdi ki, həmin yumurtanı istifadə etməyiblər və atmağa qərar veriblər. Məsələ ilə bağlı qida mütəxəssisləri bildirir ki, belə qırmızı rəngli mayelər yumurtada uzun müddət saxlandıqda baş verir və istifadəsi tövsiyyə olunmur.

Mütəxəssislər bildirir ki, yumurtanın yeni və ya köhnə olmasını belə bilmək mümkündür.

Məsələ ilə bağlı Azərbaycan Quşçuluq Cəmiyyətinin rəhbəri Aydın Vəliyev isə bildirdi ki, yumurtanın içərisində qana bənzər mayenin olması toyuqların yeni yumurta qoymağa başladığı vaxtlarda baş verir. Onun sözlərinə görə, belə yumurtalar heç bir təhlükə yaratmır və yeyilə bilər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Marketdən yumurta aldı, içərisindən qan rəngində maye çıxdı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp