Məşhur Avropa çempionlarımız qumarxanada – FOTO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Şahmat üzrə Azərbaycan millisinin üzvləri Eltac Səfərli və Qədir Hüseynov “Topaz”ın ümidinə qalıblar.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, hər iki şəxs ötən gün Bakıda fəaliyyət göstərən “Topaz” məntəqəsində görüntülənib.

Təxminən 19:00 radələrində mərc məntəqəsinə üz tutan şahmatçılar burada tennis üzrə mərc ediblər. Onların mərc etdikləri oyun kuponu üzrə qazanc əldə edib-etmədikləri dəqiq bilinməsə də, milli üzvlərinin “Topaz”ın ümidinə qalmaları böyük sual doğurur.

Nəzərə alaq ki, hər iki şəxs, xüsusən də millimizin kapitanı Eltac Səfərli Azərbaycan idman camiəsində kifayət qədər tanınır. Belə olan halda milli üzvləri atdıqları addımlara da diqqət yetirməlidirlər.

Düzdür, burada qeyri-qanuni heç nə yoxdur. “Topaz” da rəsmi mərc şirkətidir. Ancaq onu da nəzərə alaq ki, bu şirkət onminlərlə insana bəla gətirir, insanları intihara sürükləyir, onların ailələrini dağıdır. Buna görə də, “Topaz”ı qanuni qumarxana adlandıranlar da var.

Son olaraq qeyd edək ki, hər iki şahmatçımız Yunanıstanda keçirilən Avropa çempionatının qalibi olub. Buna görə də, onlara böyük miqdarda mükafatın ödənildiyi sirr deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp