Litvalı nazir Azərbaycanın “Vikinq” dəmir yolu layihəsində iştirakı barədə danışdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Azərbaycanın “Vikinq” dəmir yolu layihəsində iştirakı konteyner qatarlarının marşrutunu uzaq Asiya ölkələrinədək genişləndirəcək”.

Milli.Az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibədə Litvanın iqtisadiyyat naziri Virginiyus Sinkyaviçyus deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu layihəyə cəlb olunması Qazaxıstan və Çin məhsullarının ixracı üçün alternativ marşrut imkanı təqdim edəcək.

Nazir qeyd edib ki, “Vikinq” layihəsi hər bir iştirakçının ticarət və nəqliyyat potensialını artıracaq.

Qeyd edək ki, “Vikinq” layihəsi 2003-cü ildə Litva, Belarus və Ukrayna tərəfindən işə salınıb. Azərbaycan 2016-cı ildə layihəyə qoşulub. Daha sonra Rumıniya, Bolqarıstan və Gürcüstan da layihəyə qoşulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp