Kolleclərdə tədris kredit sistemi təşkil olunacaq



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

2017/2018-ci tədris ilinin qış imtahan sessiyasından başlayaraq, orta ixtisas təhsili müəssisələrində tədris kredit sistemi ilə təşkil olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı təhsil naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov Nazirlər Kabinetinin 11 yanvar 2018-ci il tarixli 9 nömrəli qərarının – “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın icra olunması haqqında əmr təsdiq edib.

Əmrdə göstərilir ki, orta ixtisas təhsili müəssisələrinin rəhbərləri qərarın 2017/2018-ci tədris ilinin qış imtahan sessiyasından başlayaraq tətbiq olunmasını təmin etsinlər.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsi qərardan irəli gələn məsələləri həll etsin və digər zəruri tədbirləri həyata keçirsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp