“Kertis Skaparotti və Valeri Gerasimovun Bakıda görüşü razılaşdırılır”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşü razılaşdırılır”.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu NATO-nun Hərbi komitəsinin sessiyası zamanı K.Skaparotti özü deyib.

Onun sözlərinə görə, bu görüşün keçirilməsi ilə bağlı razılıq sentyabrda əldə olunub: “Hazırda bu görüş təşkil olunur”.

Qeyd edək ki, bir müddət əvvəl Qərb mətbuatı Kertis Skaparotti ilə Valeri Gerasimovun 2018-ci ilin yanvarında Bakıda görüşəcəklərini bildirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp