İt 3 yaşlı qızı parçalayıb, öldürdü



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

3 yaşlı qız pitbull cinsindən olan it tərəfindən parçalanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşağın həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bazar günü anası və nənəsi ilə birlikdə evdə olan Rylee Marie Dodge adlı 3 yaşlı qız atasının evə gətirdiyi itin hücumuna məruz qalıb. Anası qızını itin ağzından almağa çalışanda it onu da yaralayıb.

Uşağın atası ABC7-ə açıqlamasında deyib: “Evə girəndə “it”, “qızımız” sözlərini eşitdim. Dostumdan xahiş edib evə gətirdiyim it qızımı və həyat yoldaşımı yaralamışdı. Onları xəstəxanaya çatdırdıq. Xanımım sağalsa da, həkimlər qızımın həyatını xilas edə bilmədilər”.

Hadisə Amerikanın Oklahoma ştatında baş verib. 

Qeyd edək ki, hadisədən dərhal sonra polislər Remington adlı iti güllələyiblər.

Emin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp