İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı fotosərgi keçirildi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İstanbulda Mərmərə Universitetində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı fotosərgi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sərgidə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yaşanan hadisələri əks etdirən fotolar nümayiş olunub.

Tədbir iştirakçılarına 20 Yanvar faciə haqqında geniş məlumat verilib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp