iPhone istifaçiləri üçün təhdid – Ciddi zərər dəyə bilər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

iOS istifadəçiləri proqram təminatının 10 və 11-ci versiyasında iPhone telefonlarını bloka salan səhv aşkar ediblər.

Milli.Az xəbər verir ki, sistemdəki bu boşluq barədə “EverythingApplePro” Youtube kanalının aparıcısı danışıb.

Hansısa iPhone-nu söndürmək üçün ona xüsusi hazırlanmış linki mesaj kimi göndərmək kifayət edir. Mesaj hədəfə catdıqdan sonra smartfonun sistemi ilişir və heç bir əməliyyata reaksiya vermir. 3 dəqiqədən sonra isə proqram təminatı istifadəçi interfeysini yenidən başladır. Amma mesajı yenidən göndərməklə smartfonu bir daha söndürmək mümkün olur. 

Bu cür mesajları göndərən istifadəçinin telefonu yalnız bir neçə saniyəliyinə “donur” və sonra normal qaydada işləməyə davam edir. Belə vəziyyətlə üz-üzə qalmamaq üçün bu mesajları göndərən istifadəçiləri bloklamanız məsləhət görülür.

Adil Nəcəfov

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

iPhone istifaçiləri üçün təhdid - Ciddi zərər dəyə bilər

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp