İnək qadını vuraraq ona ağır xəsarət yetirib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Tərtər rayonunun Burunc kəndində 55 yaşlı qadını iribuynuzlu heyvan vurub.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə 1963-cü il təvəllüdlü kənd sakini Bayramova Kifayət Əli qızı şəxsi təsərrüfatında heyvanları yemləyərkən baş verib.

Qarın boşluğundan ciddi xəsarət alan yaralı yaxınlarının köməkliyi ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan qadın, daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilərək əməliyyat olunub. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp