İllərdir əziyyət çəkib topladığı pulu, ev almağa gedərkən itirdi – Bakıda



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ev almağa gedən şəxs külli miqdarda pulunu itirdi. Söhbət Bakıda kirayədə yaşayan Bəhruz Bayramovdan gedir. Milli.Az bildirir ki, onun sözlərinə görə, əziyyət çəkib topladıqları 21 min 800 manat pul və 5 minat dəyərindəki qızılın olduğu çanta alacaqları evə baxmağa gedərkən Sabunçu rayon Zabrat qəsəbəsi ərazisində itib.

Ailə uzun illər Nərimanov rayonunda yaşayıb. Evləri plana düşdüyü üçün onlara 20 min manat kompensasiya verilib. Bu pulun qarşısılığında yeni ev almaq qərarına gəliblər. Bəhruz Bayramov pulu tapıb qaytaran şəxsə 2-3 min manat mükafat verəcəyini deyir.

Zərərçəkmiş məsələ ilə bağlı polisə də məlumat verib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda maraqlı hadisə: İllərdir əziyyət çəkib topladığı pulu, ev almağa gedərkən itirdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp